EN

Amerikalı basketbolçu: Azərbaycan çox rahat və təhlükəsiz ölkədir

Bakı, 10 mart, AZƏRTAC

"Azərbaycan çox rahat və təhlükəsiz ölkədir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Abşeron” komandasının amerikalı basketbolçusu Sedrik Conson klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, Azərbaycanda gəzməkdən ən çox zövq aldığı yerlər və sevdiyi yeməklər barədə danışıb: “Bakıda mənə ən maraqlı gələn məkanlar sırasında Xalça muzeyi və İncəsənət muzeyini fərqləndirərdim. Boş vaxtlarımda müxtəlif mədəniyyətlər haqqında yeni şeylər öyrənməkdən və sənət əsərlərinə baxmaqdan zövq alıram. Azərbaycanı fərqli mədəniyyəti olduğu üçün seçdim. Buraya uyğunlaşmaq üçün bir az vaxt lazım oldu. Yuxu ilə əlaqədar hələ də problem yaşayıram, amma başqa şeylər asanlaşdı. Yeməklərlə bağlı isə heç bir problem yaşamadım, çünki qidalar Amerika yeməklərindən daha sağlamdır. Hava isə ölkəmin havasına çox bənzəyir. Burada sevimli yeməyim pizzadır. Bakıda içdiyim bir çox meyvə şirələrinə və ümumiyyətlə, meyvələrin gözəl dadına aşiq oldum. Toyuq dönəri və plov da çox dadlıdır”.

Chosen
7
azertag.az

1Sources