EN

Rusiya ilə Ukrayna arasında əsas döyüş harada gedir?

Son 24 saat ərzində cəbhədə Ukrayna hərbçiləri ilə işğalçı ölkə Rusiya ordusu arasında 124 döyüş toqquşması qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 10-da Facebook-da məlumat yayıb.

Döyüşlərin əsas hissəsi Donetsk vilayətində baş verib.

Rusiya Federasiyası Pokrovsk istiqamətində 35 dəfə, Siversk istiqamətində 20 dəfə, Toretsk istiqamətində 18 dəfə və Liman istiqamətində 11 dəfə hücuma keçib.



Xəbər 113 dəfə oxunub.
Chosen
1
xezernews.az

1Sources