EN

Ötən il Azərbaycan xarici ölkələrə 2,7 milyon dollarlıq heyva satıb

2024-cü ildə  Azərbaycan xaricə 2 milyon 725 min dollar dəyərində 2 min 903 ton heyva ixrac edib.

Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.

İxrac 2023-cü illə müqayisədə dəyər ifadəsilə 431,1 min dollar və ya 13,7%, miqdar ifadəsilə 570 ton və ya 16,4% azalıb. 

2023-cü ildə Azərbaycandan 3 milyon 156 min dollar dəyərində 3 min 473 ton heyva ixrac edilmişdi.

Hesabat dövründə 1 kq heyvanın orta ixrac qiyməti 1,60 manat təşkil edib ki, bu da illik müqayisədə 5 qəpik (3,3%) çoxdur. 

Qeyd edək ki, 2023-cü ilin yekun nəticələrinə görə 1 kq heyvanın orta ixrac qiyməti 1,55 manat idi.

Chosen
1
1
fed.az

10Sources