İddialara görə, Suriyada baş verən üsyanın arasında İran, Rusiya və İsrail dayanır...
Politoloq: “Suriyada baş verən son hadisələr məğlub güclərin yenidən revanş almaq cəhdi idi. Bu, gözlənilirdi”.
“Suriyanın yeni hakimiyyətinin arxasında Türkiyənin olduğunu nəzərə alsaq, üsyanın bir başa Türkiyəyə qarşı olduğu da şübhəsizdir”.
Bu sözləri politoloq Azər Qasımov Suriyada baş verən sonra hadisələri Poliqon-a şərh edərkən qeyd edib.
Ötən həftə Suriyada Bəşər Əsəd tərəfdarlarının üsyanı baş verdi və bu üsyanda çoxlu sayda mülki şəxs öldürüldü. Bəzi iddialara görə üsyanın arxasında İran və İsrail dayanır. Həmçinin Suriyanın təhlükəsizlik qurumu da Rusiyanın bu üsyanda iştirak etdiyini bildirib.
Suriyadakı yeni hakimiyyətə qarşı İran, İsrail və Rusiyanın birlikdə çalışmasını mümkündürmü və bu yeni ittifaq Türkiyəyə qarşı yönəlməyibmi?
Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.
Azər Qasımov: “Türkiyə dövlətinin strateji ağlı bu vəziyyətdən də çıxmağın yollarını tapacaq”.
Son baş verən hadisələrdə Şuraya hakimiyyəti silahlı birləşmələrinin qəddarlıqla üsyanı yatırmaq cəhdinin İsrailin əlini gücləndirdiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, Suriya lideri Əhməd əl-Şaara bunu edənlərin cəzalandırılacağını bəyan edib:
“Suriyada baş verən son hadisələr məğlub güclərin yenidən revanş almaq cəhdi idi. Bu, gözlənilirdi. Çünki hadisələr o qədər tez cərəyan etmişdi ki, əks tərəf nə olduğunu anlamadan Bəşər Əsəd rejimi çökdü. Qarşı tərəflər isə bəllidir. İran, Israil, Rusiya və Türkiyə. Üsyan başlayan ərazilərin Bəşər Əsədin mənsub olduğu Nüsayrilər tayfasının yaşadığı ərazilərdə olması da təsadüfi deyil. Onlar Əsədin getməsi ilə barışmaq istəmirlər. Üsyanın qəddarlıqla yatırılması görüntüləri də buna görədir. Çünki qarşı-qarşıya gələn qrupların bir-birinə qarşı barışmaz düşmənçiliyi olduğu görünür.
Suriyanın yeni hakimiyyətinin arxasında Türkiyənin olduğunu nəzərə alsaq, üsyanın bir başa Türkiyəyə qarşı olduğu da şübhəsizdir. İsrailin qoyanda maraqlı olduğu daha realdır. İsrail Qolan tələblərini işğal edəndə Suriya hakimiyyətinin terrorçu olmasını əsas götürüb Dürzilərin təhlükəsizliyi üçün bunu etdiyini bəyan etmişdi. Son baş verən hadisələrdə Şuraya hakimiyyəti silahlı birləşmələrinin qəddarlıqla üsyanı yatırmaq cəhdi İsrailin əlini gücləndirdi və onu haqlı çıxardı. Ahmed əl-Şaara bunu edənlərin cəzalandırılacağını bəyan etdi.
Hesab edirəm ki, bu, mütləq yerinə yetirilməlidir. Yoxsa, hakimiyyətin mövqeyi çox zadə alacaq. Türkiyə dövlətinin strateji ağlı hesab edirəm ki, bu vəziyyətdən də çıxmağın yollarını tapacaq”.
Nərminə UMUDLU
Poliqon.info