EN

Serbiyalı futbolçu xəstəxanaya yerləşdirildi

"Əl-Hilal"ın hücumçusu Aleksandr Mitroviçin səhhətində problem yaranıb.

Yenisabah.az xəbər verir ki, futbolçu xəstəxanaya yerləşdirilib. Onun ürəyində problem olduğu aşkarlanıb. 30 yaşlı serbiyalı sürətli ürək döyüntüsünə görə müalicə alacaq.

Ona tam istirahət etmək və gərginlikdən uzaq durmaq tövsiyə olunub.

Mitroviç 2023-cü ilin yayından “Əl-Hilal”da oynayır. O, cari mövsüm komandası üçün bütün turnirlərdə 25 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə verib.


Telegram kanalımız
Chosen
23
2
yenisabah.az

6Sources