EN

Bank of Baku müştərini aldadıb?- 5 dəfə çox komissiya çıxıblar - FOTO

Vətəndaşlardan biri Bank of Baku-dan şikayət edib. AzPost xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazaraq müştəriləri diqqətli olmağa çağırıb.

“Dünən başqa bir karta 100 manat göndərməli idim. Evin yanında terminal olsa da, baxdım ki, komissiya 25 qəpikdir, düşündüm ki, elə kartdan karta göndərim. Bir az əvvəl telefonda gün ərzində gələn bildirişlərə baxanda görürəm ki, əslində həmin əməliyyata görə kartımdan 25 qəpik yox, 1 manat 50 qəpik komissiya tutulub. Bu əgər proqramda görünsəydi, mən də ona uyğun bir qərar verərdim. Amma faktiki olaraq bank pulu köçürəndən sonra bildiriş göndərir ki, filan qədər komissiya tutuldu. Düşünürəm ki, bu mədəni rəftar deyil və ona görə də qərar verdim ki, artıq bu bankın debit kartından istifadə etməyim, sizə də tövsiyyə etmirəm”.

Müştəri idda edib ki, köçürmə limitini keçməyib və ona verilən yalnış məlumat ziyana düşməyinə səbəb olub.

Bankın mövqeyini dərc etməyə hazırıq.

Chosen
2
azpost.info

1Sources