EN

"Real" Fernandes ilə maraqlanır

"Real Madrid" yay transfer pəncərəsində Enzo Fernandesi heyətinə qatmaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid rəhbərliyi yarımmüdafiəni gücləndirmək üçün oyunçu axtarır və "Çelsi"nin yarımmüdafiəçisi xüsusilə Eduardo Kamavinqanın mümkün gedişi fonunda cəlbedici seçim kimi görünür.

Qeyd ki, Enzo bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 33 matçda 5 qol vurub, 9 məhsuldar ötürmə edib.

Chosen
14
operativmm.az

1Sources