
Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri ilə ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında baş verən toqquşmalar nəticəsində ölən mülki əhalinin sayı bir gündə 830 nəfərdən 973 nəfərə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livanın “Əl Nahar” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ölənlər arasında qadın və uşaqlar da var, lakin onların sayı açıqlanmayıb.
Qeyd olunub ki, qurbanların əksəriyyəti Suriya əhalisinin 12%-ni təşkil edən Ələvi icmasına aiddir.
Təhlükəsizlik qüvvələri Latakiya və Tartus əyalətlərində sahilyanı ərazilərə nəzarəti bərpa edib, lakin dağlıq ərazilərdə qarşıdurmalar davam edir.