EN

İtaliya alimləri işığı super bərk maddəyə çevirməyə nail olublar

İtaliya Milli Tədqiqat Şurasının fizikləri işığı super bərk maddə vəziyyətinə çevirməyə müvəffəq olublar. AZƏRTAC “New Scientist” elmi nəşrinə istinadən xəbər verir ki, bu unikal maddə həm bərk, həm də həddindən artıq maye xüsusiyyətlərini nümayiş etdirir.

Bu nailiyyət təxminən on il əvvəl işığın maye xüsusiyyətlərini nümayiş etdirən fiziklərin əvvəlki tədqiqatlarının məntiqi davamı idi. İndi alimlər işıqdan super bərk vəziyyətdə maddə yaradaraq növbəti addımı atıblar.

Alimlərin izah etdiyi kimi, fövqəladə materialların özlülüyü sıfırdır və bu, sürtünməni tamamilə aradan qaldırır, eyni zamanda, onun forma sabitliyini təmin edən kristal quruluşunu qoruyur. İndiyədək belə xassələri yalnız atomlarla son dərəcə aşağı temperaturda, kvant effektləri meydana çıxanda aparılan təcrübələrdə müşahidə etmək olardı.

Tədqiqatçılar bu təcrübədə qeyri-ənənəvi bir yanaşma üsulu tətbiq ediblər. Atomların əvəzinə elektronikada geniş istifadə olunan yarımkeçirici alüminium qallium turşusundan istifadə edilib. Dar silsilələrin relyef nümunəsi olan materialın səthinə lazer şüası yönəldilib, işıq dalğalarının yarımkeçirici ilə qarşılıqlı təsiri nəticəsində çıxıntılar arasındakı boşluqda polaritonlar - super sərt quruluş yarada bilən hibrid hissəcikləri yaradılıb.

Sonrakı tədqiqatlar təsdiqləyib ki, alimlər həqiqətən də işıqdan super bərk maddə vəziyyəti yaratmağa müvəffəq olublar. Bu, elm tarixində ilk analoji kəşfdir. Bununla belə, tədqiqatçıların hələ də bu qeyri-adi materialın xüsusiyyətlərini ətraflı şəkildə öyrənmək üçün görəcəyi çox iş var. Mütəxəssislərin fikrincə, sonrakı təcrübələr maddənin yeni, hələ az öyrənilmiş formalarının xüsusiyyətlərini daha yaxşı anlamağa kömək edəcək.

1Sources