EN

Mask Ukraynanı “Starlink” peykindən ayırmaq fikrində olmadığını bildirib

“SpaceX” şirkətinin sahibi İlon Mask Ukraynanı “Starlink” peyk rabitə sistemindən ayırmaq fikrində olmadığını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Mən çox aydın olmaq istərdim: Ukraynanın siyasəti ilə nə qədər razılaşmasam da, “Starlink” heç vaxt terminallarını söndürməyəcək. Sadəcə demək istəyirəm ki, “Starlink” olmadan Ukraynanın cəbhə xətləri dağılar. Biz bu vəziyyətdən sövdələşmə predmeti kimi istifadə etmərik", - deyə Mask qeyd edib.

Chosen
18
2
yeniazerbaycan.com

3Sources