EN

Bir evdə iki xanım, hərəsinin öz istəyi... - Tahir Taisoğlunun şeirləri

Kulis.az Tahir Taisoğlunun şeirlərini təqdim edir.

Qabcaq

Pambığıyığılmış
boş qozalara “Qabcaq” deyirlər
yumru, boş qab kimidir.
Yığımdan sonra kolların üstündə düzülüb qalır
dimdik, birər-birər.

...Qar yağmışdı,
Bütün qabcaqlardolu idi qarla
elə bil təzədən pambıqlamışdı tarla!
Gördüm yaraşıqlı, nağılvari bir qışdı,
pambıq kimi yumuşaq qarla,
qar kimi ağappaq “pambıqla” hər tərəförtülmüşdü.
Bir vaxt isti, qaynartarla
Bəyazlığı ilə yandırırdı insanı,
İndi bəmbəyaz qarlı kollar dondurdu damarda qanı.
Yayda yanan, qışdadonan tarlanın
üzü -gözü, açıqalnıağ idi!
Amma hamıdan bəxtiyar yenə də
Ürəyiyaydaqar kimi pambıqla,
Qışda pambıq kimiqarladolu
qabcaq idi.

Onun gözəl günüsü

Ərinin onunüstünə gətirdiyicavan günüsü
O xanımın ömrünə-gününə soğan doğruyurdu.
O da bədəbətdə iki qızkəsiklərini
Hərəsini bir döşünə sıxıb dururdu.
Özünü də balalarını da Günəşin doğmasıyla yox,
qürubuyla, çöküşüyləovundururdu...
Onunyaraşıqlı, cavan günüsünün
gözlərinə, üzünə
Gülüş, təbəssüm, istehsa lehimlənmişdi
Hamamçiləyininaltında belə qopmurduheç biri!
Külfətinin iki uşaqlı zövcəsini-dost-doğma arvadını
Bir damın altındaca azdırmaq istəyirdi,
gözgörəti, diri-diri.
Onun cavan günüsü...geniş otaqlar boyu
bəzəkli tovuz quşu kimi
gəzirdi gah o yana, gah bu yana.
Gecələr yanan ağappaq şam kimi,
Sevgili kişisinə dilini göstərirdi
baxırdı yana-yana.
Bir evdə iki xanım
hərəsinin öz istəyi, öz ürəyi.
Hər birinin içində gizli bir sirr boxçası.
Biri- barı sovuşmuş urubostan yatağı,
Biri- təzəcə cicəkləyən al-əlvan gül bağçası!
... Evin xanım-xatınövrətigünlərin bir günündə
ərinin xatirinə günüsüylə barışdı-
bir erkəyi iki yerə böldülər-
Günübacı oldular!

Sənsən mənim qaraçuxam

Həyat,yalqız sayma məni,
Çox da əzmə, oyma məni,
İllərörtmüşxatirəni-
Hürkürtmərəm, oyatmaram.

Bir insanam qəlbi yuxa,
Gedirəm dağ çıxa-çıxa…
Sənsən mənim qaraçuxam-
Sən yatmasan, mən yatmaram.

Bu sözləri sayma sirdən,
Gəlib keçən əsrlərdən.
Amma üzüm dönən yerdən-
Mən gedərəm...qayıtmaram.

Hər çəməndəbir titrək üz,
Hərqırpımda işarə, söz.
Hərbir sözdə mənaköz-köz...
Qaysağınıqopartmaram.

Sən su kimi sakit, dərin,
Mən ot kimi kövrək, sərin,
Şəfəq saçan zirvələrin-
Kölgəsində mən yatmaram...

Ağ qar... Qara qarğalar...

İndiyəcənheç kim görməmişdi belə qarı,
adamların qara paltoları, qara papaqları,
qara fikirləri beləqar altındaağarmışdı.
Elə bil qara gün, qara qəm,kin- küdurət
Götürülmüşdüyer üzündən,
Sərt qış vurub gözündən
dağıtmışdıhamısını!
Örtülmüşdü hərşeyin üstü,
Yaxşının da, pisin də,
hisin də, pasın da!
Sən demə, bu dünya tərtəmiz, ağyuxu imiş,
Yerüzündə heç bir yamanlıq, xəyanətyoximiş-
bunları özündən uydurubmuş adamlar!
Bircə itib batmayan,
üstünü qar örtməyən
bacalardan çıxanağ tüstüləridi-
Onlardasəmada qara qarışıb
yola getmirdilərbir-biriylə-
görürdüm ki, göylərdə də ara qarışıb!
Hər şeyin itib batdığı,
qarınaltında yatdığı,
bəmbəyaz aləmdə qara qarğalar
Qara günlərini qablaşdırmayır,
əksinə“Qarrr”...“Qarrr”...ediroynaşırdılar,
Sevincdənatılıb- düşür, qaynaşırdılar!
Yenə də qar istəyirdilər,qar...
mətləblərinibeləcəağardırdılar
qaraqarğalar!

Müşəmbə örtüklü qapı

Oqədər girib - çıxan adamın
əllərini görüb ki, əlcəyin,
axırda təntimisən özün də.
İsti əllər, soyuqəllər,
hirsli, yazıq əllər...
Sən ey, qəbul otağının hövsələsizqapısı,
müşəmbəörtüklü üz-gözündə
qalmasa da təpik, yumruq qarası,
çox əllərintəmasınıduymusan.
Bəzən də özünü bilməzliyə qoymysan.
Əvvəl səninlə görüşüblər
Sonra qəbula düşüblər.
Sənin bəri tayında bir cür olub üzləri,
o biri tayında başqa.
İçəridən çıxan adamlarıbəzən
tanıya bilməmisən-
elə gündə çıxıblar ki, bayıra...
Yenə də bir kimsəyləsirrinibölməmisən.
Heç kimə də açmamısan eşitdiyin, gördüyün
sözün, söhbətinaxırını, dibini;
Biridolu dərdini keçirə bilməyib içəri,
Biri də boş cibini.

Başını quyruğunun üstünə qoyub yatan it

Kosaçoban gecə vaxtı
Alaçıqdan çıxaraq
Kibrit çəkib qaranlığıçərtdi.
Əynində bir dar-düdük kürk,
çiynində çatal tüfəng.
Yerişi asta, ləng...
Quzuların üzü Günbaxana qazılmış
qazmasına baş çəkib qayıdanda
gördü it başınıyumuşaq quyruğunun üstünə
qoyub yatıb.
Bildi ki, yeyib, içib, doyub yatıb.
Düşündü :- “Buket” adlı bu itin vaxtında qulaqlarını,
quyruğunu kəssəydim...
belə yatmazdı.
Yazığım gəlmişdio zaman ona-
İndi mənə bu da azdı!

...Hər yandaağaqqaq bir qışdı,
Qarakeçə alaçığınqırağnda ölgün kölgələr
üşüyə-üşüyə qalmışdı.

Chosen
24
1
kulis.az

2Sources