ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşə bilər.
APA xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilib ki, görüş aprel ayında Çində baş tuta bilər.
"ABŞ prezidenti Çin liderinin Mar-a-Laqoya səfər edəcəyinə ümid etdiyini bildirib. Lakin Çin Pekində və ya Vaşinqtonda daha rəsmi görüş gözləyir", - məlumatda qeyd edilib.