Bakı. Trend:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cari ilin hazırlıqplanına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdəehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyinövbəti təlim toplanışı davam edir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təsdiq olunmuştədris proqramına və günün nizam qaydalarına müvafiq olaraq,toplanışa cəlb edilmiş heyətlə sıra və fiziki hazırlıq üzrəməşğələlər keçirilir.
Plana əsasən, ehtiyatdan çağırılmış hərbçilərlə milli mənəvidəyərlərimizə bağlılığa və onların qorunmasına dair maarifləndiricisöhbətlər aparılır, müxtəlif mövzularda dərslər keçirilir.
Toplanış müddətində, həmçinin hərbi vəzifəlilərə AzərbaycanOrdusunun arsenalında olan müasir silah və hərbi texnikalarıntaktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, həmçinineffektiv döyüş tətbiqi üsulları öyrədilir.
Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan çağırılan hərbivəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha dainkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi,eləcə də onlara yeni hərbi biliklərin aşılanmasıdır.