“Doctor Who” və “Harry Potter” filmlərindəki rolları ilə tanınan aktyor Saymon Fişer-Beker vəfat edib.
Viral.az “New York Post”a istinadən xəbər verir ki, o, 63 yaşında dünyasını dəyişib.
Fişer-Bekerin ölümünü meneceri Kim Berri təsdiqləyib: “Təkcə əməkdaşlıq etdiyim şəxsi yox, həm də 15 illik yaxın dostumu itirdim. Saymon, həm də yazıçı və böyük natiq idi”.
Son Yazılar:
- “Harry Potter”in məşhur aktyoru vəfat ETDİ
- Sahil Babayev dəyişikliyə başladı – Rektorun qardaşı işdən ÇIXARILDI
- Hüseyn Məhəmmədoğluna vəzifə VERİLDİ
Aktyor daha çox “Harri Potter və fəlsəfə daşı” filmindəki “Kök keşiş” obrazı ilə şöhrət qazanıb.
O, həmçinin BBC-nin məşhur komediya serialı olan “Puppy Love” filmində, eləcə də “One foot in the grave”, “The Bill” ”Love soup” və “Afterlife” kimi layihələrdə də yer alıb. 2012-ci ildə Oskar mükafatına layiq görülmüş “Les Misérables” filmində də oynayıb.