EN

“Mer İnşaat”ın rəhbərinə stop qoyuldu

“Mer İnşaat” şirkətinin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Valyuta.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək “Mer İnşaat” MMC-nin dövlət büdcəsinə 2731,44 manat borcu olduğunu bildirib. Borc ödənilmədiyi üçün qurum məhkəmədən xahiş edib ki, şirkətin rəhbərliyinin ölkədən çıxışı məhdudlaşdırılsın. 

Hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə qurumun ərizəsi təmin edilib. 

Qeyd edək ki, Nizamnamə kapitalı 10 manat olan “Mer İnşaat” MMC 2014-cü ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Musayev Elşad Rövşən oğludur. 

Hüseyn

Chosen
29
valyuta.az

1Sources