EN

Tahir Əmiraslanovdan Turizm Agentliyinə SƏRT İTTİHAM: “2,9 milyon manat silinib”

Beynəlxalq təşkilatların rəhbərliyində təmsil olunurduq,  Dövlət Turizm Agentliyi 3 il əlindən gələni etdi ki, bizi bu rəhbərlikdən uzaqlaşdırsın.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkil etdiyi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai  dinləmədə “Azərbaycan Milli Kulinariya Assosiasiyası”  İctimai Birliyinin sədri Tahir Əmiraslanov deyib.

“Mətbuatda gedən məlumata görə, bizim əvəzimizə gətirilən təşkilatla birlikdə 2.9 milyon manat pul silinib. Guya  Azərbaycan mətbəxi dünyada tanıdılıb. Bu pulları, bu vəsaitləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və yaxud  Qərbi Azərbaycan İcmasına vermək lazımdır ki, düzgün istifadə edilsin”, – Tahir Əmiraslanov bildirib.

Chosen
9
4
heftelik.az

5Sources