Azərbaycanın futbol üzrə II Liqasında çıxış edən "Şəfa" klubunun dəyəri 200 min avrodan çoxdur.
hakimiyyet.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, transferlər nəticəsində komandanın dəyəri əhəmiyyətli dərəcədə artıb.
Həmin mənbəyə əsasən, hazırda "Şəfa"nın bazar dəyəri 225 000 avro (təxminən 400 000 AZN) təşkil edir.
Qeyd edək ki, bu göstərici ilə klub II Liqada bütün komandalar arasında ən yüksək dəyərə sahibdir və hətta yalnız I Liqada dəyəri 650 000 avro olan "Qəbələ" klubundan geri qalır.