EN

Azərbaycan Milli Məclisi ilə Gürcüstan Parlamenti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sənəd qanunverici orqanlar arasında münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili imzalayıblar.

Qeyd olunub ki, bu sənəd qanunverici orqanlar arasında münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

Chosen
5
13
operativmedia.az

10Sources