EN

Sahil Babayev dəyişikliyə başladı- Aparat rəhbəri işdən çıxarıldı

Maliyyə Nazirliyinin aparat rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib. 

 

Sfera.az nazirliyə istinadən xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni əmr imzalayıb. 

 

Nazirin digər əmrinə əsasən, bu vəzifə Natiq Həsənova həvalə olunub. 

 

O, 1979-cu ildə anadan olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

 

N.Həsənov 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi,  2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri,  2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

 

"C.Yusifovun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqədar öz arzusu ilə xitam verilib", - deyə məlumatda qeyd olunub. 

Chosen
28
39
sfera.az

10Sources