EN

Aygün Kazımova buna 100 mindən çox pul qoyub

Xalq artisti Aygün Kazımovanın həyatından bəhs edən "Etiraf" əsərinə xərclədiyi məbləğ ortaya çıxıb. 

Milli.Az xəbər verir ki, Pop kraliça klipin ərsəyə gəlməsinə 100 min manatdan çox ödəyib. Bu haqda aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Tarixin bir günü" verilişində deyib. 

O bildirib ki, Kazımova klipə böyük vəsait xərcləyib. 

"Neçə ildir bu layihə üzərində çalışıram. Dörd ildir bu orkestrin növbəsinə yazılmışdım. Düşündüm ki, hamı deyəcək nə gözəl klip, layihə. Amma insanların ağlaya-ağlaya mesaj yazacağını gözləmirdim. Ad günümdə təbriklərin 80 faizi göz yaşı ilə oldu. Hamı məni bu mahnının təsiri altında təbrik edirdi. 4 ssenari dəyişdi, sonda qərar verdik ki, bu olacaq" deyə, A.Kazımova bildirib. 

Qeyd edək ki, Pop kraliça "Etiraf"da 38 illik musiqi fəaliyyətində zirvəyə qalxma hekayəsini göstərib. Sözləri Nəriman Abbaszadə və İsmayıl Əsədov, musiqisi İsmayıl Əsədova məxsus olan mahnının ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. A.Kazımova bəstəni Nikoloz Raçveli və Gürcüstan Filormoniya Orkestrının müşayiəti ilə oxuyub. /axsam.az

Milli.Az

Chosen
4
1
milli.az

10Sources