Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulur.
Bizim.Media xəbər verir ki, son oyun günündə iki görüş keçirilir.
Əvvəlcə "Sumqayıt" "Kəpəz"i qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Sumqayıt" 25 xalla 8-cidir. "Kəpəz" isə 22 xalla 9-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, "Sumqayıt"ın Misli Premyer Liqasında sonuncu qələbəsi 16-cı turda "Neftçi" üzərində (2:0) olmuşdu.
Bu gün "Neftçi" - "Turan Tovuz" matçı da keçiriləcək.
10 mart
17:00. “Sumqayıt” – “Kəpəz” - 3:0
Qol: Roi Kehat, 20, 51, Nihad Əhmədzadə, 90+3
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Bizim.Media