EN

Universitetdə vəzifəyə təyin edilən klarnet ifaçısı DANIŞDI: Məni niyə tənqid edirlər?

Azərbaycan Dillər Universitetində (ADU) bədii rəhbər vəzifəsinə təyin edilən klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tənqidlərə cavab verib.

Publika.az xəbər verir ki, klarnet ifaçısı Teleqraf-a açıqlamasında bu sözləri deyib: "Universitetin Tələbələrlə iş və tədbirlərin təşkili üzrə şöbəsinə bədii rəhbər vəzifəsinə təyin edilmişəm.

Niyə buna görə məni tənqid edirlər? Səbəb nədir? Mən Azərbaycan Milli Konservatoriyanın magistr pilləsini də bitirmişəm.

Yaxın günlərdə isə Türkiyədə doktorantura təhsili almaq üçün sənədlərimi təqdim edəcəyəm.

ADU-nu bitirən şəxs xarici dillər üzrə mütəxəssis olur. O, musiqi sahəsindən dərs deyə bilməz.

Chosen
59
12
publika.az

10Sources