EN

“Onlayn Azərbaycan” layihəsinin yekunu haqqında

Xatırlayıram ki, 2021-ci ildə Rəşad Nəbiyev nazir təyin olunanda 2024-cü ilin sonunadək ölkədə keyfiyyətli internet problemini həll edəcəyini bildirmişdi.
Deyilənləri reallaşdırmaq üçün RİNN, Aztelekom dövlət- özəl tərəfdaşlığı çərçivəsində “Onlayn Azərbaycan ” layihəsinə start vermişdi. Layihə bütün ölkə ərazisində biznesin və ev təsərrüfatlarının keyfiyyətli internetə əlçatanlığı təmin edən GPON infrastrukturunun qurulmasını nəzərdə tuturdu.

Bu gün bu məqsədlə həyata keçiriən “Onlayn Azərbaycan” layihəsinin yekun təqdimatı keçirildi.
Aztelekom layihənin uğurla başa çatdırıldığını, ölkənin ən ucqar ərazilərində də keyfiyyətli internetə əlçatanlğın təmin edilyini diqqətə çatdrıdı. Hazırda sabit genişzolaqlı internet istifadəçi sayının 3 milyona çatdırıldığı bildirilib.

Həqiqətən də qeyd edim ki, qısa zaman çərçivəsində görülən iş nəhəngdir. Təxminən 15-20 il olardı ki ölkədə bu problem vardı. Xatrıladıram ki 10 il öncə, 2014-cü ildə hökumət bu problemin həlli üçün Dövlət Neft Fondunun büdcəsində 0.5 milyard manat nəzərdə tutmuşdu. Hansı ki sonralar hökumət müxtəlif səbəblərdən bu pulu Nazirliyiə verməkdən imtina etdi. Amma problem də həll edilməmiş qaldı.

İndi görünən budur ki, Nazirlik, Aztelekom dövlət-özəl tərəfdaşlıqla daha az xərcləməklə ölkənin bu nəhəng problemini birdəfəlik həll ediblər.
İndi ən ucqar ərazilərdə də ev təsərrüfatları və biznes üçün, təhsil, mədəniyyət və sosial müəssisələr üçün keyfiyyətli internetə əlçatanlıq yaradılıb.

Bu cür nəhəng işin reallaşmasına görə nazir Rəşad Nəbiyevin, Aztelekom komandasının, layihədə iştirak edən partnyorlar və provayderlərin, vendorlar və digər əməyi keçənləin fəaliyyəti çox təqdirəlayiqdir.

Əlbəttə, belə nəhəng layhənin reallaşmasında çatışmazlıqlar, rsiklər və problemlər də qaçılmazdır.
Xüsusilə də bu günkü təqdimatda da qeyd etdiyim kimi internetin əlçatanlığında infrasturukturla yanaşı 2-ci vacib faktor olan qiymət məsələsi mühüm əhəmiyyət kəsb edir.
Antiinhisarın da qeyd etdiyi kimi hələlik ölkədə internet qymətləri ilə bağlı vətəndaşların seçim imkanlarında problemlər var.
Ötən ilin 15 avqustunda bütün provayderlər minimal tarifləri eyni anda 25 manat müəyyənləşdiriblər.
Xüsusilə də regionlarda biznesə və adi istifadəçiyə eyni qiymət tətbiqi doğru yanaşma deyil.
Eyni zamanda adambaşına düşən milli gəlirlərdə internet xərcinin payı, orta əmək haqlarında internet xərcinin payı da onu göstərir ki internet qiymətlərində əhaliyə ehtiyaclarına uyğun seçim imkanlarının verilməsi doğru olardı.

Digər bir məqam isə Aztelekom-un bazarda xüsusi çəkisinin hədsiz artması ilə bağlıdır.
Aparılan uğurlu Onlayn Azərbaycan layihəsi nəticəsində biz həmçinin internet və telekom bazarında daha nəhəng dövlət şirkəti qazanmışıq.
Hansı ki bu qurum həm magistrala sahibdir, həm də pərakəndə internet satışını reallaşdırır.
Hazırda Aztelekom Nazirliyin əlindən alınıb və AZCON Holdinqin tərkibinə daxil edilib. Aztelekom-un Baktelekom-la birləşməsi də demək olar ki, yekunlaşıb. Aztelekom həm də ötən ildən bəkbon olaraq fəaliyyət göstərir.
Bu baxımdan düşünürəm ki, gələcəkdə rəqabətli mühitin inkişafı baxımından Aztelekom-un yalnız magistrala sahib olması, pərakəndə internet satışının özəlləşdirilməyə çıxarılması doğru olardı.
Ümid edirəm ki İKTA-nın bu tip məsələlərdə, həm də dövlətə məxsus rabitə şəbəkələrindən istifadənin tənzimlənməsində ( bəzən görünür ki bir evin qarşısında 5-7 provayderin rabitə dirəkləri basdırılıb ) rolu artacaq.

Beləliklə, düşünürəm ki, "Onlayn Azərbaycan" layihəsinin uğurla başa çatması ölkədə informasiya cəmiyyətinin formalaşmasına, rəqəmsal transformasiyaya, müxtəlif xidmətlərə, dövlət xidmətlərinə əlçatımlığa, biznesin inkişafına ciddi təkan verəcək.
"Onlayn Azərbaycan" layihəsinin uğurla başa çatmasında əməyi keçənlərin hər birisinə təşəkkürümüzü bildiririk.

P.S. Qeyd edim ki layihənin reallaşmasına informasiya dəstəyi göstərənlərə, o cümlədən bizə də təşəkkürnamələr təqdim edilib 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources