Aprel ayında ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Szinpinlə görüşə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin mətbuatında məlumat yayılıb.
Bildirilib ki, iki ölkə arasında ilkin müzakirələr zamanı Trampın səfəri gündəmdə olub. Lakin müzakirələrin hansı mərhələdə olması barədə məlumatın olmadığı bildirilib.
Qeyd edək ki, Tramp vəzifəsinin icrasına başladığı ilk 100 gündə Çinə səfər etmək istədiyini bəyan etmişdi.