EN

Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub - Bako Sahakyan

Bakı. Trend:

Xəbər verildiyi kimi, Ermənistanın hərbitəcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması vəaparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma,habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorlaələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlərtörətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarıArayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan,Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olancinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 10-dadavam etdirilib.

Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, CamalRamazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim GünelSəmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərinhər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçünvəkillərlə təmin olunub.

Təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiəedən prokurorların suallarına cavabında etiraf edib ki, Qarabağdasilahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub.

O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərəkqeyd edib: “Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbihissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü varidi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi”.

Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 nəfər erməniəsilli təqsirləndirilən şəxsittiham edilir.

Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Məqalədə:
Chosen
34
45
az.trend.az

2Sources