EN

Birləşmiş Ştatlar USAID proqramlarının 83%-nin ləğvini rəsmən elan edib » AzadMedia.az


ABŞ dövlət katibi Marko Rubio 5200 müqavilənin ləğv edildiyini, bu müqavilələrdə ABŞ-ın əsas milli maraqlarına cavab verməyən məqsədlərə “on milyardlarla dollar” xərcləndiyini bildirib. Bu barədə Kazinform agentliyi BBC-yə istinadən xəbər verir.
Konqreslə məsləhətləşmələr nəticəsində minə yaxın proqram qorunub saxlanılıb. Proqramların qalan 18%-i, Rubionun X sosial şəbəkəsindəki mesajında ​​deyildiyi kimi, indi ABŞ Dövlət Departamenti tərəfindən daha effektiv şəkildə idarə olunacaq.

Amerika humanitar təşkilatı USAID Donald Trampın andiçməsindən az sonra bütün dünyada layihələri maliyyələşdirməyi dayandırmaq məcburiyyətində qaldı və agentliyin özü faktiki olaraq ABŞ Dövlət Departamentinin nəzarətinə verildi.

Daha əvvəl yazmışdıq ki, ABŞ prezidenti Donald Tramp digər ölkələrə inkişafa yardım proqramlarını 90 gün müddətinə dayandıran sərəncam imzalayıb. USAID-in nə olduğu haqqında linkdən oxuya bilərsiniz.
Chosen
28
1
azadmedia.az

2Sources