Amerikalı milyarder, ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və “X” sosial şəbəkəsinin sahibi İlon Mask sosial şəbəkəyə qarşı kütləvi kiberhücumun başlandığını və hələ də davam etdiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, özünün “X” səhifəsində yazıb.
“Bizə hər gün hücum edilir, lakin bu hücum əhəmiyyətli resurslardan istifadə edilməklə həyata keçirilib. Hücumlar ya böyük koordinasiyalı qrup, ya da bir ölkəni əhatə edir”, - Mask qeyd edib.