EN

Bu gün Azərbaycanda Yel çərşənbəsidir

Bakı. Trend:

Bu gün Azərbaycanda Yel çərşənbəsidir.

Trend-inməlumatına görə, çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi xalqarasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi dətanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əksetdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışınınmaddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasındakənar vasitəçi statusunda çıxış edir.

Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbərverir.

İnanclara görə, bu çərşənbədə oyanan yel, külək suyu, oduhərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olmasıilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s.var. Novruz şənliklərində icra olunan Yel baba mərasimi qədiməcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Chosen
16
4
az.trend.az

10Sources