EN

Sahurda alma sirkəsi İÇİN - Möcüzəvi faydası çoxdur

Sahurda alma sirkəsinin istehlakı qan şəkəri səviyyəsinin sürətlə qalxıb düşməsinin qarşısını alır, gün ərzində daha balanslı enerji axını təmin edir. Bu sayədə alma sirkəsi istehlakı həm aclıq hissinin qarşısını alır, həm də uzun müddət tox saxlayır.

Milli.Az sahurda alma sirkəsi içməyin faydalarını təqdim edir:

Qan şəkərini tənzimləyə bilər - Oruc zamanı uzun müddət ac qalındığı üçün qan şəkərinin balanslı qalması vacibdir. Alma sirkəsi insulin həssaslığını artıraraq qan şəkərinin qəfil yüksəlməsinin qarşısını ala bilər.

Həzm sistemini dəstəkləyir - Oruc müddətində mədə boş olduğu üçün həzmi yaxşılaşdırmaq vacibdir. Alma sirkəsi mədə turşusunu artıraraq həzmə kömək edə bilər.

Susuzluğu azalda bilər - Bəzi insanlar sahurda alma sirkəsi içdikdən sonra gün ərzində daha az susadıqlarını bildirirlər.

Metabolizmi sürətləndirə bilər - Yağ yandırmağa və çəki nəzarətinə kömək edə bilər.

Diqqət Edilməli Məqamlar:

Ac qarına içmək olmaz - Mədəni qıcıqlandıra bilər. Mütləq su ilə qarışdırılmalıdır. (1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi)

Mədə problemləri olanlar ehtiyatlı olmalıdır - Reflü və ya qastrit kimi problemləriniz varsa, alma sirkəsi narahatlıq yarada bilər.

Diş minasına zərər verə bilər - Daimi istifadə edirsinizsə, içdikdən sonra ağzınızı su ilə yaxalamaq faydalı olar.

Əgər sahurda alma sirkəsi içmək istəyirsinizsə, 1 çay qaşığı sirkəni 1 stəkan ilıq su ilə qarışdırıb içmək ən yaxşı üsuldur.

Fidan
Milli.Az

Chosen
21
5
milli.az

10Sources