EN

Qadınlar diabetdən daha çox əziyyət çəkirlər

Qadınlar diabetə daha çox meyillidirlər. Bu barədə rusiyalı endokrinoloq Lada Romaşkina “Rossiya 24” telekanalında sağlamlıq reportajında ​​danışıb.

Piylənməni qiymətləndirmək üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş bədən kütləsi indeksindən istifadə olunur. Çəkinin hündürlüyün kvadratına nisbəti kimi hesablanır. 18,5-25 aralığında bir dəyər normaldır. 30 yaşdan yuxarı olan çox insanlarda müxtəlif dərəcədə piylənmə var.

"Hazırda şəkərli diabet xəstələrinin əksəriyyətini qadınlar təşkil edir. Orta yaş həddi 45-60 yaş arasındadır. İndi diabetli kişilərin sayı artır. Çünki bütün dünyada kişilərdə də piylənmə artır", - mütəxəssis deyib.

Həkimlər, həmçinin xəbərdarlıq edirlər ki, şəkərli diabet əhəmiyyətli dərəcədə “cavanlaşıb”. "Əgər əvvəllər bu diaqnoz əsasən 40 və yuxarı yaşda olan insanlara verilirdisə, indi gənclər və uşaqlar bundan daha çox əziyyət çəkirlər", - deyə Romaşkina izah edib.

Nubar Süleymanova, “İki sahil”

Chosen
19
ikisahil.az

1Sources