EN

Meksikada avtobus qəzasında azı 25 nəfər həlak olub

Bakı. Trend:

Meksikanın Oaxaka və Duranqo ştatlarında baş verən iki ayrıavtobus qəzası nəticəsində azı 25 nəfər ölüb.

Trend xəbər verirki, bu barədə Oaxaka ştatı hökumətinin X səhifəsində dərc olunanbəyanatında deyilir.

Bazar ertəsi səhər saatlarında Mitla-Tehuantepek magistralında,Santo-Dominqo-Narro şəhərinin yaxınlığında avtobusun aşmasınəticəsində 11 nəfər həyatını itirib, 12 nəfər isə yaralanaraqxəstəxanaya yerləşdirilib.

Bundan əlavə, Duranqo ştatında 24 sərnişini daşıyan avtobusqoşqulu traktorla toqquşub. Milenio nəşrinin məlumatına görə, qəzazamanı avtobus alovlanıb və nəticədə 14 nəfər həlak olub. AvtobusABŞ-ın Texas ştatındakı MakAllen şəhərindən gedirdi.

Chosen
53
1
az.trend.az

2Sources