Ukrayna silahlı qüvvələri gecə saatlarından başlayaraq Rusiyanın Moskva vilayətinə və bir sıra ərazilərinə PUA ilə hücum edib.
Bizim.Media xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Vilayətin qubernatoru Andrey Vorobyov Leninski şəhər dairəsində və Domodedovoda kütləvi PUA hücumu nəticəsində bir nəfərin öldüyünü və üç nəfərin yaralandığını bildirib.
O əlavə edib ki, dronun qalıqları Moskva vilayətininn Ramenski şəhərində yaşayış binasının üzərinə düşüb. Ən azı 7 mənzilə ziyan dəyib. Üçü uşaq olmaqla 12 nəfər təxliyə edilib. Ümumilikdə isə Moskva vilayətində 69 dron zərərsizləşdirilib.
Bizim.Media