EN

Bu ərazidə qaz olmayacaq

Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə News24.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Xəzər rayonu, “Qala” qaz tənzimləyici məntəqədən (QTM) qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə köçürülməsi məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Qala kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Chosen
108
7
news24.az

10Sources