“Bloomberg” xəbər verir ki, Filippinin keçmiş prezidenti Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında Manila hava limanında həbs edilib.
“Filippinin keçmiş prezidenti Rodriqo Duterte insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbsdədir”, – ölkə hökuməti təsdiqləyib.
Saxlanmaya səbəb keçmiş dövlət başçısının 6 mindən çox insanın edam edildiyi amansız anti-narkotik əməliyyatı olub.
“Honq-Konqdan qayıdan Filippinin keçmiş prezidenti Rodriqo Duterte, hökumətin insanlığa qarşı cinayət törətdiyi iddiası ilə onun həbsi üçün Beynəlxalq Cinayət Məhkəməsindən order aldığını bildirdikdən sonra Manila hava limanında həbs olundu.
Duterte vəzifədə olduğu müddətdə, polisin məlumatına görə, 6000-dən çox insanın ölümünə səbəb olan genişmiqyaslı və qəddar narkotik əleyhinə əməliyyata rəhbərlik edib. Eyni zamanda, müstəqil müşahidəçilər məhkəməsiz həyata keçirilən edamların sayının daha çox ola biləcəyini iddia edirlər”, - deyə hesabatda qeyd olunur.
Almaz Həsənli