EN

Ukraynalı deputatlar Kiyevdə Corc Vaşinqtonun abidəsinin ucaldılmasını təklif edir

Ukraynanın bir qrup xalq deputatı Kiyevdə Amerika Birləşmiş Ştatlarının ilk prezidentinin abidəsinin ucaldılmasını təklif edir. Paytaxtda Corc Vaşinqtonun abidəsinin ucaldılması ilə bağlı qərar layihəsi martın 10-da Ukrayna Ali Radasının saytında 3066 nömrə ilə dərc edilib.

Herbiand.az xəbər verir ki, qətnamənin mətni dərc olunmayıb, lakin baxılmaq üçün rəhbərliyə təqdim edilib.

Qanun layihəsinin təşəbbüskarları “Xalqın qulluqçusu” fraksiyasından olan deputatlar Aleksandr Kovalçuk, Mariya Mezentseva-Fedorenko, Yevgeniya Kravçuk və Qalina Yançenko, habelə fraksiyada olmayan deputat Nikolay Tişenko olub.

“Superposition” YouTube kanalına müsahibəsində Yançenko bildirib ki, indi Ukrayna Amerika Birləşmiş Ştatları ilə körpülərini gücləndirməlidir, onları yandırmamalıdır: “Abidənin qoyulması yaxşı simvolik jest ola bilər. O, sovet hərbi rəhbərləri Nikolay Vatutinin və Nikolay Şorsun əvvəllər sökülən abidələrinin yerində quraşdırıla bilər”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
17
herbiand.az

1Sources