EN

Azərbaycan Ermənistanda turizmə mane olur?

Ermənistanın Tavuş bölgəsindəki bütün hotellər və əksər turzim məkanları boş qalıb. Tribunainfo.az xəbər verir ki, Haqpat məntəqəsindəki hotellərin boş qalmasının səbəbkarı kimi isə yenidən Azərbaycan göstərilir.

Erməni turagentlər iddia edirlər ki, guya, Azərbaycan beynəlxalq miqyasda turzim üzrə reklamçıları Ermənistanı təbliğ etməyə imkan vermir. Onlar iddia edirlər ki, guya, Azərbaycan bu işə ciddi yanaşır və xarici turagentlərin gəlməsinə maneçilik törədir.

Lakin onlar bu maneçiliyin nədən ibarət olması barədə heç nə demirlər. Konkret faktr da ortaya qoya bilmirlər. Çünki belə bir şey yoxdur.

Atalarımız bu yerdə yaxşı deyib: “Oynaya bilmir, deyir toyxana mənə dar gəlir”.

Chosen
2
1
tribunainfo.az

2Sources