EN

Xalq artisti düşdüyü dəhşətli qəzadan söz açdı

Xalq artisti Mehriban Zəki düşdüyü dəhşətli avtomobil qəzasından danışıb.Missiya.Az xəbər verir ki, “Pərvizə görə”də qonaq olan sənətçi qəzadan sonrakı anların çəkilib, sosial şəbəkələrdə paylaşılmasını qınayıb.“Baş verən hansısa qanlı hadisəni, avtomobil qəzasını, utanmadan, çəkinmədən, həya etmədən insanların acısını çəkib paylaşırlar. Psixoloji məqamları bilmirik. Məndə çox böyük travma qalıb. O qədər böyükdür ki, bu barədə danışmaq istəmədim. Təbii ki, belə bir hadisədən sonra çox şey dəyişir. Məqsədli şəkildə bunu dəyişəcəm demədim. Amma istər-istəməz dəyişir. Dəyişən məqamlar səni böyüdür, dərinləşdirir. Hər addımında, hər kəliməndə düşünməyə, götür-qoy etməyə, məsuliyyət daşımağa vadar edir”.

Xatırladaq ki, M.Zəki həmkarı Dilarə Əliyeva və mərhum Oqtay Əliyevlə avtomobil qəzasına düşmüş, O.Əliyev bu hadisədə dünyasını dəyişmişdi.

Zərintac MayisqızıMissiya.Az

Chosen
10
1
missiya.az

2Sources