Bolqarıstan milli təhlükəsizlik baxımından ölkənin son vəziyyətini nəzərdən keçirərək, Qara dəniz qonşusu Rusiyanı “ən böyük təhlükə” elan edib.
Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu (BNR) məlumat yayıb.
Bildirilib ki, milli müdafiə strategiyasını təsdiq edən hökumət ölkənin müdafiəsinin NATO-nun kollektiv müdafiəsi kontekstində və Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində həyata keçiriləcəyini açıqlayıb.
Vurğulanıb ki, hökumət strategiyaya lazım gəldikdə düzəlişlər edə və dəyişdirə bilər:
"Bolqarıstan və regionumuz üçün əsas təhlükə Rusiyadır. Rusiyanın Ukraynaya hərbi təcavüzü nəinki bu regionda, həm də dünyada sabitliyi pozmaqda davam edəcək. Aparıcı güclər arasında münaqişə meylinin artması beynəlxalq münasibətlərdə strateji məqsədlərə nail olmaq üçün silahlı qüvvələrdən istifadə təhlükəsini artıracaq".