Soltan Yol
Sən narahatsansa, qorxu rahatdır.
*
Aşılmayan hÉ™r mÉ™qam – yetilmÉ™yÉ™n bir imkandır.
*
İçindəki özgəliyi qına, özünü qınama.
*
Hər səhvin arxasında özgəlik və yadlıq dayanır.
*
Hər bir insan içdə iki insandan ibarətdir: özündən və özgəsindən.
*
İçindəki özgəlik sənin əsarətində deyil, sən içindəki özgəliyin əsarətindəsən.
*
ÖzündÉ™ olanda – ayıq olursan, özündÉ™n ayrılanda – içindÉ™ki özgÉ™liklÉ™ bir olursan.
*
İnsan özünü başqalarına güzəştə gedəndə özünə özgələşir, yadlaşır.
*
Qorxduğun adamın obrazı içində varsa, yanında olmağına gərək yoxdur.
*
Ä°nsan özündÉ™n utananda – vicdana yenilir.
BaÅŸqasından utananda – qorxuya yenilir.
*
Ä°nsanlaÅŸmaq yolunda É™n böyük maneÉ™ – qorxudur.
*
Özünə yadlıq və özgəliyin gözüylə baxırsan, ona görə özünə inanmırsan.
*
İçindəki yadlıq səni çölündəki yadlığa doğru dartır, ona görə özünə yox, başqalarına inanırsan.
*
Ä°namsızsan – ona görÉ™ ki, içindÉ™ki yadlıq vÉ™ özgÉ™lik özündÉ™n güclüdür.
*
Qorxaqsan – ona görÉ™ ki, içindÉ™ki özgÉ™lik sÉ™ni qıraqdakı özgÉ™liklÉ™ qorxudur.
*
İçində öz obrazın, təsəvvürün yoxdur, ona görə özünə inamın yoxdur.
*
İdrak nəyi görür və təsəvvür edirsə, ona inanır. İçində başqalarının təsəvvürü, obrazı var, özününkü yoxdur.
*
İkiləşməni aradan qaldır, içində yalnız öz obrazın olsun.
*
Özünü yaratdıqca obrazın da yaranacaq.
*
Səhvləri özümüz ediriksə, məntiqlə onlardan xoşumuz gəlməlidir, amma sevmirik. Ona görə ki, səhvləri özümüz yox, içimizdəki özgəlik edir.
Fevral 2025.