EN

Salah İspaniya nəhəngində oynamaq istəyir - Bu şərtə razı olsa...

"Liverpul"un misirli ulduzu Məhəmməd Salah karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Diario" yayıb.

Xəbərə görə, Salahın agentləri onun xidmətini "Barselona"ya təklif ediblər. Bu keçid baş tutsa, sözügedən cinah hücumçusunun maaşının La Liqanın maliyyə tələblərinə əsasən ciddi şəkildə azala biləcəyi vurğulanıb. Mənbə Kataloniya klubunun da Məhəmmədi heyətə qatmaq variantına müsbət yanaşdığını, lakin tərəflərin hər şeydən öncə əməkhaqqı məsələsini dəqiqləşdirməli olacaqlarını açıqlayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 39 matça çıxan Salah 30 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 32 yaşlı futbolçunun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.

Nihat

Chosen
16
fanat.az

1Sources