“Nəzərə alaq ki, gün ərzində paytaxtın şimal və cənub qapısından 100 mindən çox nəqliyyat vasitəsi paytaxta daxil olur və nəticədə müəyyən qədər sıxlıq müşahidə olunur. Bununla yanaşı, təəssüf ki, sürücülər də dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yol hərəkəti qaydalarını pozur, hərəkətin intensiv olduğu yollarda sıxlığın yaranması baiskarına çevrilirlər”.
Bunu "Yeni Sabah"a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Təbliğat və İctimai İşlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.
O qeyd edib ki, son günlər paytaxt yollarında müşahidə edilən sıxlığın obyektiv və subyektiv səbəbləri var:
“Paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə yarana biləcək sıxlığın qarşısının alınması istiqamətində mütəmadi olaraq, nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Sıxlığın yarana biləcəyi yol ayrıclarında əməkdaşlarımız tərəfindən nizamlayıcı qismində xidmət aparılır. Bu sıxlığın obyektiv və subyektiv səbəbləri var. Nəzərə alaq ki, gün ərzində paytaxtın şimal və cənub qapısından 100 mindən çox nəqliyyat vasitəsi paytaxta daxil olur və nəticədə müəyyən qədər sıxlıq müşahidə olunur. Bununla yanaşı, təəssüf ki, sürücülər də dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yol hərəkəti qaydalarını pozur, hərəkətin intensiv olduğu yollarda sıxlığın yaranması baiskarına çevrilirlər”.
Toğrul Nəsirli sürücülərin diqqət yetirməli olduğu məqamları vurğulayıb:
“Xüsusilə, dayanma-durma qaydalarının pozulması, yolun hərəkət hissəsinin ikinci zolağında maşınların saxlanması yolun axıcılıq qabiliyyətinin aşağı düşməsi ilə yanaşı, yol nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. İntensiv olan yollarda yol-nəqliyyat hadisəsi zamanı tərəflərdən hansısa avtomobili yoldan kənarlaşdırmaq istəmir və gözləyirlər ki, yol patrul xidməti əməkdaşları yaxınlaşısın.
Sürücülər nəzərə almalıdır ki, onlar da nəqliyyat vasitəsi ilə əraziyə yaxınlaşırlar. Yolayrıcıların kobud şəkildə pozulması da nəqliyyat vasitələrinin sıxlığına səbəb olur. Digər tərəfdən, nasaz nəqliyyat vasitələrinin bəzi hallarda yolun hərəkət istiqamətində qalmasını da görürük. Belə olan halda isə yolun axıcılıq qabiliyyəti aşağı düşür.
Hər bir halda sürücülər üzərinə düşən məsuliyyəti bilməli, yollarda diqqətli olmalı və yol-hərəkət qaydalarına ciddi şəkildə riayət etməlidirlər, sıxlığın yaranmasına səbəb olmamalıdırlar”.
Nazim Hacıyev
Telegram kanalımız