EN

Peskov Rusiyanın Suriyanı necə görmək istədiyini açıqlayıb

“Rusiya Suriyanı firavan və dost ölkə kimi görmək istəyir”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, ərəb ölkəsi Yaxın Şərqdə bütün regiondakı vəziyyətin sabitliyindən asılı olan əsas dövlətlərdən biridir.

“Bu, həddən artıq təhlükəli regiondur və təbii ki, belə deyək, region ölkələrindən birinin sabitliyinin pozulması və parçalanması bütövlükdə region üçün fəlakətli nəticələr verə bilər. Biz Suriyanı birlik içində, firavan, inkişaf edən və mehriban görmək istəyirik”, - Kreml sözçüsü deyib.

Peskov həmçinin qeyd edib ki, Rusiya Suriyada asayişi təmin etmək üçün birgə hərəkətlərə hazırdır. O vurğulayıb ki, Moskva regional məsələlər üzrə təmasları davam etdirir.

QAZİLER.AZ

Chosen
12
qaziler.az

1Sources