EN

Nüşabə buna görə 7 ildir avtomobil sürmür

Əməkdar artist Nüşabə Ələsgərli yolda başına gələn qorxu dolu hadisədən söz açıb.

Bu haqda sənətçi “Yollar bizi ayırmasın” verilişinə müsahibəsində danışıb:

“Ömrümün 30 ili yollarda keçib: o rayon, bu şəhər, qəsəbə. Ölkə daxilində toylara gedəndə özüm idarə edirdim. Amma son 7 ildir avtomobil idarə etmirəm. Tıxaclardan, dayanacaqlardan yoruldum, sürməyi bacarmayanlar da çoxalıb. Günlərin bir günü rayona toya gedirdim. Ailə üzvlərim də mənimlə avtomobildə idilər. Onları rayona qoyub, toy olan yerə getdim. Gecə tək qayıtdım. Böyük tırın siqnal səsinə oyandım. Yoxsa onun altında qalacaqdım. Maşın fırlandı durdu. Yolda yata da bilməzdim. Şəmkirdən Bakıya kimi necə gəldim, onu bir tək Allah bilir. Tövbə etdim ki, bir də gecə yola çıxmayacağam”.

Nüşabə illər əvvəl avtomobili təhlükəsizlik kəməri taxmadan idarə etdiyini söyləyib:

“Avtomobillərin ən dəbdə olanını, bahalısını almışam. Ürəyim istəyən maşını alıb sürmüşəm. Kəmər taxmaq, telefona cavab vermək olmaz. O vaxt kəmər taxmırdım. O zaman kəmər taxana pis sürücü kimi baxırdılar. Sonra düz yola qayıtdım”.

Chosen
2
3
tribunainfo.az

7Sources