EN

Sosial şəbəkələrdəki “yuxu trendi”: Bu cür yatmaq MƏHV EDİR

Sosial mediada yayılan videolarla “mükəmməl yuxu rutini” (sleepmaxxing) trend halına gəlib. Bir çox insan yuxu keyfiyyətini və miqdarını artırmağı hədəfləyən rutinləri gündəlik olaraq yerinə yetirir.

Instagram və TikTok-da milyonlarla izlənilən videolar sayəsində bir çox insan artıq yuxuya addım-addım hazırlanır.

Yuxu keyfiyyətini və miqdarını optimallaşdırmaq üçün izlənilən tətbiqləri əhatə edən “sleepmaxxing” yeni trend halına gəlib. Yuxu öncəsi hazırlıq mərhələləri, əsasən, qida əlavələri, müəyyən qidalar, tətbiqlər və çoxqatlı gözəllik rutinini əhatə edir.

Mütəxəssislərə görə, elmi olaraq da sübut edilmiş düzgün “sleepmaxxing” rutini sərin, qaranlıq və sakit bir otaqda yatmaq, yatmazdan əvvəl ekran vaxtını və parlaq işıqlara məruz qalmağı məhdudlaşdırmaq, bir neçə saat əvvəldən alkoqol və ya kafein qəbulunu dayandırmaq və eyni saatda yatıb eyni saatda oyanmaq addımlarını əhatə etməlidir. Həmçinin, yuxunu poza bilən stres hormonunu azalda biləcək ağır yorğandan istifadə etmək tövsiyə edilir.

Ancaq videolarda tez-tez görülən qırmızı işıqda yatmaq trendi, əksinə yorğunluq yarada bilər. Mütəxəssislər yatmazdan əvvəl melatonin və maqnezium əlavələri qəbul etmək mövzusunda da ehtiyatlıdırlar və çox insan üçün əslində, ehtiyac olmadığını və davamlı istifadənin ciddi yuxu pozğunluqlarının diaqnozunu çətinləşdirə biləcəyini qeyd edirlər. Bəzi insanlar, həmçinin xoruldama, susuzluq, ağız quruluğu və qoxusu kimi problemlərlə əlaqələndirilən ağızla nəfəs almağı önləmək üçün yatmazdan əvvəl ağızlarını bantlayırlar. Bu tətbiq də insanlar üçün ciddi təhlükə yarada biləcəyindən tənqid edilir.

Sosial şəbəkələrdə “sleepmaxxing çılğınlığı” yaxşı yatmaqdan çox yaxşı görünməyi hədəfləyir. Belə ki, bəzi sosial media istifadəçiləri yatmazdan əvvəl üzlərinə və saçlarına çoxqatlı gözəllik rutinləri tətbiq edərkən çəkdikləri videoları paylaşırlar. Stanford Universitetində yuxu təbabəti üzrə çalışan Dr. Rafael Pelayo “trendlər səbəbindən yuxu rutini mövzusunda obsessiv olmamağı” tövsiyə edir. Miçiqan Universitetinin klinik nevrologiya professoru Dr. Anita Shelgikar isə: “sleepmaxxing stress mənbəyinə çevrilərsə, əks təsir göstərə bilər. Bəzi insanlarda, mükəmməl yuxuya çatmaq mövzusunda sağlam olmayan bir obsessiya olan ortosomniya inkişaf edə bilər”, – deyə, xəbərdarlığını edir.

Chosen
7
1
tribunainfo.az

2Sources