Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində silahlılar qatara hücum edib.
Modern.az bu barədə AFP agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, qatardakı 450-yə yaxın sərnişin girov götürülüb. Hücum zamanı sürücü yaralanıb. Hücuma görə məsuliyyəti separatçı Bəlucistan Azadlıq Ordusu qruplaşması öz üzərinə götürüb.
Qrup dÉ™miryol relslÉ™rini partladıb vÉ™ "Sibinin ucqar bölgÉ™sindÉ™ (BÉ™lucistan ÅŸÉ™hÉ™ri) qatara nÉ™zarÉ™t edir". Adı açıqlanmayan polis zabiti AFP-yÉ™ bildirib ki, qatar “daÄŸlarla É™hatÉ™ olunmuÅŸ tunelin qarşısında” iliÅŸib. Yaxınlıqdakı xÉ™stÉ™xanalarda fövqÉ™ladÉ™ vÉ™ziyyÉ™t elan edilib.
Qeyd edək ki, Bəlucistan Pakistanın ən böyük və ən yoxsul əyalətlərindən biridir. Bir neçə onilliklərdir ki, Bəlucların separatçı qrupları (Pakistanda təxminən 7 milyon bəluc yaşayır) əyalətdə fəallıq göstərirlər. Bəlucistan Azadlıq Ordusu 1970-ci illərin əvvəllərində yaradılıb. Üzvləri tərəfindən həyata keçirilən hücumlara görə Pakistan, ABŞ, Böyük Britaniya, Avropa Birliyi və Çində terror təşkilatı kimi tanınıb.