O ki qaldı siyasi arenadakı son proseslər fonunda Qafqazda münaqişə başlaması ehtimalına, bu mümkündür. Dediyim kimi, proseslər sürətlə dəyişir. Ermənistan isə rahat təsirə düşən bir ölkədir. Fərqli güclərin əlaltısı kimi İrəvan regionda reallıqları dəyişmək istəsə, Azərbaycan da buna cavab verəcək." Politoloq onu da vurğulayıb ki, Azərbaycan ordusu dünyanın ən peşəkar, yenilikçi və öz üzərində işləyən nadir ordularındandır: “Ən önəmlisi, hərbi doktrinalarımızı rəqib müəyyən edə bilmir. 44 günlük müharibə zamanı dronlardan istifadə buna misal ola bilər. Dronlar əvvəllər də hərb meydanında istifadə edilib. Lakin İkinci Qarabağ müharibəsində ilk dəfə idi ki, bir ölkə bunu total səviyyədə istifadə edirdi. Bu planlar illərdir işlənib hazırlanıb və rəqibə sızdırılmayıb.
Ermənistan Azərbaycanın birbaşa hücum edəcəyini düşündüyü üçün Ohanyan səddi kimi müdafiə taktikalarından istifadə edirdi. Lakin 44 günlük müharibə zamanı rəqib kifayət qədər təəccübləndi. Gözləntiləri özünü doğrultmadı".
Seyranə Quliyeva