EN

"Liverpul"un yay planları məlum oldu

style='margin-bottom:10px;'>

"Liverpul" qarşıdan gələn yay transfer pəncərəsi üçün planları məlum olub.

QOL.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Klub komandanın heyətində əsaslı dəyişiklik etməyi planlaşdırır. 

Qapıçı Keevin Kelleher, yarımmüdafiəçilər Vataru Endo və Harvi Elliott, həmçinin hücumçular Federiko Kyeza və Dioqo Yota "Liverpul"u tərk edə bilər. Klubun yayda heyətinə bir neçə yei futbolçu qatacağı gözlənilir. 

“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci yerdədir. Arne Slotun komandası 29 oyundan 70 xal toplayıb.

Chosen
10
teleqraf.com

1Sources