Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 14 fevral 2025-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətinə təhlükə potensiallı obyektlərin siyahısını və təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydasını hazırlayıb Prezident məlumat verməlidir.
***
Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 21 fevral 2025-ci il tarixli fərmanının icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
News24.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı" genişləndirilib. Siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib. O, həmçinin "Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na əlavə olunub.