EN

İstanbulda DHKP/C-yə qarşı əməliyyat: 32 nəfər saxlanılıb - Aralarında vəzifəli şəxslər də var

İstanbulun 4 rayonunda DHKP/C-yə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb.

Türkiyə mətbuatı yazır ki, hətta bəzi bələdiyyələrin qondarma təşkilata bağlı olan şəxslərlə tenderlər həvalə etməsi barədə iddalar var: "Bu səbəbdən əməliyyat zamanı o vaxtkı Ataşehir və Maltəpə bələdiyyə sədrlərinin müavinləri də daxil olmaqla 32 şübhəli saxlanılıb. İstintaq çərçivəsində iki nəfərin xaricdə, iki şübhəlinin isə həbsxanada olması müəyyən olunub. Bundan başqa, o da aydınlaşıb ki, istintaq çərçivəsində keçmiş Maltəpə Bələdiyyə sədri Əli Kılıçın zərərçəkmiş, Şişli Bələdiyyə sədri Həsən Hayri İnönü və Şişli bələdiyyə sədrinin keçmiş müavini Abdurrahman Emir Sarıgülün isə şahid qismində ifadə veriblər".

Firudin Səfərli
MİA.AZ

Chosen
20
mia.az

1Sources