EN

İlham Əliyev 3 fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında” və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Aktual.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki, "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.1. təhlükə potensiallı obyektlərin siyahısını;

2.1.2. təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydasını;

2.2. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında” və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 84 (Cild I) 2-ci hissəsində "bu Qanunun 2-ci maddəsinin 2-ci və 3-cü hissələrində” sözləri "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsində və 3-cü hissəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847 (Cild I); 2024, № 8, maddə 938) 1.6.20-ci və 1.6.21-ci yarımbəndlərində "təhlükə potensiallı” sözləri "xüsusi riskli” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev "Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292 (Cild I) ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.2.15. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”;”;

1.2. 3.2.2-ci yarımbənddə "Nazirliyi yanında” sözləri "Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2087 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin 5.2-ci bəndinin ikinci cümləsində "Nazirliyi yanında” sözləri "Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 fevral tarixli 1223 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 167 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

4. "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948, № 12 (I kitab), maddə 1287) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5-ci hissədən "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi,” sözləri çıxarılsın;

4.2. 8-ci hissə ləğv edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu”nun 4-cü hissəsi ləğv edilsin.

5. "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 958 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissəsinin "Göstərdiyi xidmətlər” sütununa aşağıdakı məzmunda 19-cu bənd əlavə edilsin:

"19. mülki aviasiya sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq sənədlərin verilməsi”.

7. "Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 – "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” üzrə:

7.1.1. 28-ci hissə ləğv edilsin;

7.1.2. aşağıdakı məzmunda 29.10-2-ci bənd əlavə edilsin:

"29.10-2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri;”;

7.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 – "Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” üzrə:

7.2.1. 27-ci hissə ləğv edilsin;

7.2.2. aşağıdakı məzmunda 29.2-1-ci bənd əlavə edilsin:

"29.2-1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri;”.

8. "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1047 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) aşağıdakı dəyişikliklər edilsin:

8.1. həmin Fərmanla təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın 3.1-ci bəndində "yanında” sözü "tabeliyində” sözü ilə əvəz edilsin;

8.2. həmin Fərmanla təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 4.2.4-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"4.2.4. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”;”.

9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 23 yanvar tarixli 289 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”na aşağıdakı məzmunda 17-3-cü hissə əlavə edilsin:

"17-3. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 665, № 7, maddə 806, № 8, maddə 938; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə aşağıdakı məzmunda 3.0.17-1-ci yarımbənd əlavə edilsin:

"3.0.17-1. üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək;”.

Chosen
3
2
ulusum.az

10Sources